--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 1194 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə ləğv edilərək bal sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

Bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında çıxış edən Akademiyanın prezidenti İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, yeni qiymətləndirmə modelinə tam keçidin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır. Cari ilin noyabr ayınadək isə sistemin üstünlüklərinin öyrənilməsi, maarifləndirmə işlərinin aparılması, elmi ictimaiyyətlə müzakirələrin təşkili və təkliflərin toplanması nəzərdə tutulur.

İsa Həbibbəyli vurğulayıb ki, bu dəyişikliklə bağlı tələsik qərar qəbul edilməyəcək və yeni modelin cəmiyyət, eləcə də elmi ictimaiyyət üçün tam aydın olması məqsədilə bütün faydalı təkliflər nəzərə alınacaq.

AMEA prezidenti qeyd edib ki, dünya elmi artıq rəqəmsal və elmi-metrik qiymətləndirmə metodlarına üstünlük verir. Bu istiqamətdə postsovet ölkələrinin, o cümlədən Ukrayna və Rusiyanın təcrübəsi, həmçinin Yunanıstan və Polşada tətbiq edilən modellər ətraflı şəkildə araşdırılıb.

Akademikin sözlərinə görə, müxtəlif ölkələrin və elmi müəssisələrin istifadə etdiyi bal sistemləri, qiymətləndirmə meyarları və nominasiyalar təhlil olunur. Beynəlxalq təcrübədə səmərəli hesab edilən mexanizmlərin Azərbaycanda tətbiq ediləcək modelin formalaşdırılmasında istifadə olunması planlaşdırılır.

Qeyd edək ki, yeni sistemin tətbiqi elmi fəaliyyətin daha şəffaf, obyektiv və rəqəmsal meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk dövlətlərini birləşdirən tədbir: “Türk Dünyası Həftəsi” keçirilir

Next Article

Valideynlər uşağı avtomobildə unutdu: faciənin qarşısını təsadüfi şahid aldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fazil Məmmədova Naxçıvanda yeni vəzifə verildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:19 1034 baxış Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Fazil Məmmədov Naxçıvan MR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunub. Bununla bağlı qərarı […]

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:15 1104 baxış Psixoloqlar açıqladı: Yüksək zəkaya sahib insanların ən mühüm ortaq xüsusiyyəti bəlli olub Elpress.az-ın məlumatına əsasən, Yüksək idrak qabiliyyətinə malik insanların düşüncə prosesləri üzərində aparılan araşdırmalar göstərir […]

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:42 1098 baxış Astroloqların proqnozuna görə, iyul ayı dörd bürc üçün yeni imkanlar, xoş sürprizlər və mühüm dəyişikliklərlə yadda qala bilər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, İyul ayı […]

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1056 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]