--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Valideynlər uşağı avtomobildə unutdu: faciənin qarşısını təsadüfi şahid aldı

Aysel Əlibəyli 29 İyun 2026 · 18:35 1082 baxış

Elpress.az xəbər verir ki, Marseldə yoldan keçən bir qadın çimərlik yaxınlığında park edilmiş avtomobildə tək qalan iki yaşlı uşağı xilas edib.

Xarici mətbuatın məlumatına görə, hadisə havanın temperaturunun 40 dərəcəyə çatdığı vaxt baş verib. Qadın birbaşa günəş şüaları altında dayanan avtomobilin içində azyaşlını görərək vəziyyətin təhlükəli olduğunu anlayıb.

Körpənin həyatının təhlükə altında olduğunu düşünən qadın avtomobilin şüşəsini sındıraraq uşağı nəqliyyat vasitəsindən çıxarıb və dərhal təcili yardım əməkdaşlarına məlumat verib.

İlkin araşdırma zamanı məlum olub ki, uşağın valideynləri əşyalarını götürmək üçün növbə ilə çimərlikdən ayrılıblar. Hər biri körpənin digər valideynin yanında olduğunu düşündüyündən azyaşlı bir müddət avtomobildə tək qalıb.

Hadisədən xəbər tutan valideynlər dərhal geri qayıdıblar.

Məlumata görə, iki yaşlı uşaq tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Valideynlərdən izahat alınıb, lakin onlara qarşı hər hansı hüquqi tədbirin görülüb-görülməyəcəyi hələ açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Next Article

“Sabah”dan ayrıldı, yeni klubunu seçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Aysel Əlibəyli 04 İyul 2026 · 08:50 1088 baxış Elpress.az xəbər verir ki, Fransa Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbi texnika və qüvvələr yerləşdirib. Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Yaxın […]

Türk serialı Çində etiraz doğurdu

Aysel Əlibəyli 18 İyul 2026 · 16:35 1036 baxış “Mehmed: Fethlər Sultanı” serialındakı səhnə Çində qalmaqala səbəb oldu Elpress.az xəbər verir ki, Türkiyənin TRT 1 kanalında yayımlanan “Mehmed: Fethlər Sultanı” serialının son bölümlərindən birində yer […]