--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Aysel Əlibəyli 07 İyul 2026 · 11:28 1118 baxış

Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov uzun illər rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib.

Elpress.az xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından Səhiyyə Nazirliyində səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə nazir müşaviri kimi çalışıb.

Bu müddətdə ölkənin elektron səhiyyə strategiyasının hazırlanmasına rəhbərlik edib və səhiyyə sisteminin rəqəmsal transformasiyasının əlaqələndirilməsini həyata keçirib.Yeni vəzifəsində onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir. 30 illik peşəkar təcrübəyə malik olan Rüfət Hacıəlibəyov müxtəlif dövrlərdə HP, Microsoft və SAP kimi beynəlxalq informasiya texnologiyaları şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinə rəhbərlik edib.

O, dövlət və özəl sektorda informasiya texnologiyaları strategiyalarının hazırlanması, böhran idarəçiliyi və iri layihələrin icrası sahəsində zəngin təcrübəyə malikdir.Rüfət Hacıəlibəyov, həmçinin KOBİA yanında innovativ startaplar üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib və 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasında təmsil olunur.

Azərbaycanın informasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələrə görə o, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Next Article

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xüsusi təyinatlı təhsil müəssisələrində Müəllimlər Günü qeyd olunub

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 21:01 1054 baxış Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər […]

Füzulidə aerokosmik festival gəncləri bir araya topladı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:24 1088 baxış Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” gənclərin texniki bacarıqlarını nümayiş etdirdiyi və innovativ ideyalarını təqdim etdiyi maraqlı tədbirlə yadda qalıb. Elpress.az xəbər verir […]

İlham Əliyev Naxçıvanda DOST Mərkəzinin açılışında iştirak edib

Aysel Əlibəyli 11 Avqust 2026 · 21:16 1058 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılış mərasimində […]

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1168 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]