İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və regional məsələlər əsas müzakirə mövzuları olacaq.
Elpress.az xəbər verir ki, səfərlə bağlı məlumatı İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.
Nazirin sözlərinə görə, o, ötən həftə rusiyalı həmkarı Sergey Lavrovla görüşündə iki ölkə arasındakı münasibətləri, əldə olunmuş razılaşmaların icrasını və hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.
Əraqçi bildirib ki, regional sülh və sabitliyin qorunması ilə bağlı məsləhətləşmələr də davam etdiriləcək. Bu məsələlər üzrə danışıqlar gələn həftə Moskvada iki ölkənin prezidentlərinin iştirakı ilə keçiriləcək.


