--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 1152 baxış

Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və mənəvi bağlılıq hisslərini səmimi şəkildə ifadə edir.

Elpress.az olaraq şeiri təqdim edirik:

Atam kimi unutmadım

Əli Hacıya

Dərddən uzaq gözün gülsün,
Qışın gülsün, yazın gülsün,
Oğlun gülsün, qızın gülsün,
Mən içimdən gülüm, dağlar!

Gümanım yox unutmağa,
Dönməyəsən daş yumağa,
Nədən bürünübsən ağa?
Quruyaydı dilim, dağlar!

Ziyarətə gələn olsun,
Ayaqlarım yalın olsun,
Dərd-ögeylik yalan olsun,
Mən hər evə gəlim, dağlar.

Nə sərt külək, nə sazağam,
Nədən gözündən uzağam?
Yaxşı hələ üzü ağam,
Qurban hazır, bölüm, dağlar.

Bağışlasın Tanrı məni,
Gülümsəyən görüm səni.
At başından güman-çəni,
Mən də rahat ölüm, dağlar!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Next Article

Mərdəkanda ailə faciəsi: Biri öldü, biri axtarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1064 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]

Daşkəsəndə təbiət üçün birgə aksiya keçirildi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:34 1191 baxış “AzerGold” QSC ilə “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” şüarı […]

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1138 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]