Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun Gürcüstana girişinə icazə verilib. O, diplomatik müdaxilədən sonra hava limanından buraxılıb və hazırda Tbilisidədir.
Elpress.az xəbər verir ki, İbad Hüseynov oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə səfər edib. Lakin hava limanında Gürcüstanın gömrük əməkdaşları onun ölkəyə girişinə mane olub və geri qayıtmalı olduğunu bildiriblər.
Hüseynovun sözlərinə görə, saxlanılmasının səbəbi ona açıqlanmayıb. O, Azərbaycanın Gürcüstandakı səfirliyindən kömək istəyib. Səfirliyin müdaxiləsindən sonra məsələ həll olunub və Milli Qəhrəmanın ölkəyə daxil olmasına icazə verilib.
Tbilisidə Azərbaycan-Gürcüstan dostluğuna və İbad Hüseynovun həyatına həsr olunan “Qəhrəmanlığa gedən yol – İBAD” adlı bədii filmin təqdimatının keçirilməsi nəzərdə tutulub.


