--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Arsen Venger Bakıya gəlib

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 08:38 1020 baxış

Dünya futbolunun tanınmış simalarından olan Arsen Venger FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak etmək üçün Bakıya səfər edib.

Elpress.az xəbər verir ki, FIFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri olan fransalı mütəxəssis paytaxtda keçiriləcək yarışın qonaqları arasında yer alacaq.

Venger 1996–2018-ci illərdə İngiltərənin “Arsenal” klubuna rəhbərlik edib. O, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olmasa da, FIFA-da futbolun dünya üzrə inkişafı istiqamətində çalışır.

İlk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək. Turnirin konsepsiyasının hazırlanmasında da Vengerin iştirakı olub.

Azərbaycanın U-15 millisi yarışda ilk oyununu oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İbad Hüseynov Gürcüstanda sərbəst buraxılıb

Next Article

Çexiya Prezidenti: Rusiya sülh danışıqlarına hazır olduğunu göstərmir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

⚽ İspaniya – Səudiyyə Ərəbistanı: Qrupda ikinci sınaq

Aysel Əlibəyli 21 İyun 2026 · 20:02 1178 baxış Dünya çempionatının qrup mərhələsində həyəcan davam edir. Favoritlərdən İspaniya milli futbol komandası bu gün turnirdə ikinci oyununa çıxır və qarşısında Səudiyyə Ərəbistanı milli futbol komandası yer […]

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1143 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

Gürcüstan millisində baş məşqçi istefa verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:21 1082 baxış Villi Sanyolun yerinə Ramaz Svanadze təyin olunub Elpress.az xəbər verir ki, Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol vəzifəsindən ayrılıb.Fransalı mütəxəssisin istefasından sonra komandanın […]

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Aysel Əlibəyli 01 İyul 2026 · 12:53 1118 baxış Kataloniya klubundan müdafiəyə güvən: Andreas Kristensen daha iki il “Barselona”da qalacaq İspaniyanın “Barselona” klubu müdafiə xəttinin əsas oyunçularından biri olan Andreas Kristensenlə yeni müqavilə imzalayıb.Klubun rəsmi […]