--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Xəzərdə nöqsanlara görə vəzifəli şəxslərə intizam tədbirləri görülüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:38 1038 baxış

Xəzər rayonunda abadlıq, yaşıllaşdırma və payız-qış mövsümünə hazırlıq işlərinə nəzarətlə bağlı müşavirə keçirilib. Aşkar olunan çatışmazlıqlara görə bəzi qəsəbələrin inzibati ərazi dairələri üzrə nümayəndələrinə intizam tədbirləri tətbiq edilib.

Elpress.az xəbər verir ki, müşavirədə kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Elşən Salahov küçə və prospektlərdəki nöqsanları, qəzalı tikililərin vəziyyətini, eləcə də rayonun memarlıq görünüşünə təsir edən problemləri müzakirəyə çıxarıb. Aidiyyəti şəxslərə çatışmazlıqların aradan qaldırılması və ərazilərə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Nəzarətin zəif təşkil olunması və yol verilən nöqsanlara görə Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib. Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq edilib.

Digər qəsəbə nümayəndələrinə də abadlıq və təmizlik işlərini nəzarətdə saxlamaq, aşkar edilmiş problemləri qısa müddətdə aradan qaldırmaq və oxşar halların təkrarlanmasına yol verməmək tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Kambocanın Baş naziri ilə görüşüb

Next Article

Bakıda 37 nəfər həbs edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1070 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]

Avqust ayının sosial ödənişləri tam ödənilib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:17 1056 baxış Avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial […]

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1072 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:49 1058 baxış 25 “Filds” medalçısı süni intellektin mürəkkəb riyazi problemlərin həllində istifadəsi ilə bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, “Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı alim süni […]