--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Çexiya Prezidenti: Rusiya sülh danışıqlarına hazır olduğunu göstərmir

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 08:44 1018 baxış

Çexiya Prezidenti Petr Pavel Rusiyanın Ukrayna ilə müharibənin dayandırılması üçün real danışıqlara başlamaq niyyətini nümayiş etdirmədiyini bildirib.

Elpress.az xəbər verir ki, Pavel bu barədə almaniyalı jurnalist Paul Ronzheimerə müsahibəsində danışıb.

Çexiya liderinin sözlərinə görə, Moskva NATO-nun bütün üzvlərini münaqişənin iştirakçısı hesab edir və alyans ölkələrinə qarşı kiberhücumlar, eləcə də digər hibrid üsullardan istifadə edir.

Pavel qeyd edib ki, danışıqların başlanması üçün ilk növbədə tərəflər arasında müzakirələrə hazır olmaq barədə ümumi razılıq əldə edilməlidir. Onun fikrincə, Rusiyanın danışıqlara açıq olması ilə bağlı bəyanatları konkret təkliflərlə müşayiət olunmayıb.

Prezident vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna rəhbərlikləri arasında görüşün keçirilməsini dəfələrlə təklif edib. Moskvanın isə Ukrayna və Avropanın iştirak etmədiyi, ABŞ və Çinlə danışıqlar aparılması təşəbbüsü irəli sürdüyünü bildirib.

Pavelin fikrincə, Ukraynada atəşkəsə nail olmaq Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş müzakirələr üçün də zəmin yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arsen Venger Bakıya gəlib

Next Article

Pezeşkian gələn həftə Moskvaya səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün dünyada Sülh Günü qeyd edilir

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 08:15 1108 baxış Elpress.az xəbər verir ki, bu gün – 21 sentyabr tarixi bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Beynəlxalq Sülh Günü ilk dəfə 1981-ci ildə BMT […]

Avtomobildə yuxuya gedən azyaşlının ağır taleyi

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:46 1078 baxış Türkiyədə park edilmiş avtomobildə yatan 4 yaşlı uşaq havasızlıqdan və istidən həyatını itirdi Elpress.az xəbər verir ki, Türkiyənin Mardin bölgəsində ürəkağrıdan bədbəxt hadisə baş verib. Dayanacaqda […]

Moskvanın əsas aeroportlarında uçuşlara məhdudiyyət qoyuldu

Aysel Əlibəyli 22 İyun 2026 · 15:06 1190 baxış Rusiyanın paytaxtı Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi […]

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:30 1090 baxış ABŞ-nin Azərbaycandakı səfirliyi oktyabrın 12-də fəaliyyət göstərməyəcək. Elpress.az xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Səfirliyin işinə fasilə ABŞ-də qeyd olunan […]