--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada müzakirəyə çıxarılıb.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:45 1208 baxış

Kiyevdə, Ukrayna Ali Radasında milli icmaların nümayəndələri Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko ilə işgüzar görüş keçiriblər.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Kiyevdə keçirilən görüşdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Nataliya Naumenko, Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri, xalq deputatları və ölkədə fəaliyyət göstərən milli icmaların təmsilçiləri iştirak ediblər.Tədbirdə Azərbaycan icmasını Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Dünyamalızadə təmsil edib.Görüşdə miqrasiya siyasətinin aktual məsələləri, Ukrayna Nazirlər Kabinetinin 141 nömrəli sərəncamının tətbiqindən yaranan çətinliklər, sənədləşmə prosesləri, müxtəlif kateqoriyalara aid şəxslərin hüquqi statusu və milli icmaları narahat edən digər problemlər geniş şəkildə müzakirə olunub.Xəyyam Dünyamalızadə Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdığı əsas problemləri diqqətə çatdıraraq, xüsusilə miqrasiya məsələləri, sənədləşmədə yaranan çətinliklər və soydaşlarımızın hüquq və mənafelərinin qorunması ilə bağlı mövcud vəziyyətin həllinin vacibliyini vurğulayıb.O, həmçinin Azərbaycan vətəndaşlarının Ukraynaya giriş zamanı, xüsusilə Moldovadan tranzit keçərkən üzləşdiyi çətinlikləri Xarici İşlər Nazirliyi nümayəndəsinin diqqətinə çatdırıb.Müzakirələr zamanı dövlət qurumları ilə milli icmalar arasında əməkdaşlığın gücləndirilməsinin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanların təmin edilməsinin və Ukraynada milli həmrəyliyin möhkəmləndirilməsinin önəmi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Next Article

Moskva–Bakı “Natra” və “Zirkon” gəmisi hücumu ilə bağlı əlaqədədir – Zaxarova

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:15 1086 baxış İsveçdə keçirilən növbəti ümumi seçkilərdə azərbaycanlı soydaşlarımız da uğur əldə ediblər. Müxtəlif siyasi partiyaların namizədləri olan 6 soydaşımız ölkənin parlament, regional və bələdiyyə qurumlarında təmsil olunmaq […]

Türküstanda Heydər Əliyevin xatirəsinə həsr olunan dərs keçirilib

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:28 1074 baxış Qazaxıstanın Türküstan vilayətində azərbaycanlı uşaqların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbir təşkil edilib. Elpress.az xəbər verir ki, açıq dərs “Qarabağ” […]

Polşada Azərbaycan diasporundan yeni əməkdaşlıq addımı

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 22:02 1056 baxış Polşada Azərbaycan diasporunun yerli təhsil müəssisələri və diplomatik nümayəndəliklərlə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirilir. Elpress.az xəbər verir ki, Krakovda fəaliyyət göstərən “Xarıbülbül” Dünya Azərbaycanlılarının […]

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1072 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]