--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Aysel Əlibəyli 05 İyun 2026 · 11:00 1280 baxış

Azərbaycan son illərdə enerji sektorunda həyata keçirdiyi strateji layihələr hesabına bölgənin əsas enerji mərkəzlərindən biri statusunu möhkəmləndirib.

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyevanın sözlərinə görə, “Bakı Enerji Həftəsi” enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, tədbir enerji şirkətləri, investorlar və mütəxəssislər arasında əməkdaşlığın inkişafına, həmçinin aktual məsələlərin müzakirəsinə geniş imkan yaradır.Professor bildirib ki, builki forumun Xəzər Neft və Qaz Sərgisinin 30 illiyi ilə eyni dövrə təsadüf etməsi rəmzi məna daşıyır. Onun fikrincə, həmin sərgi Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasında və sonrakı illərdə reallaşan iri layihələrin əsasının qoyulmasında mühüm rol oynayıb.K.Əliyeva vurğulayıb ki, ölkənin zəngin enerji resurslarından səmərəli istifadə etməsi, xarici tərəfdaşlarla qurulan əməkdaşlıq və ixrac marşrutlarının genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafına ciddi töhfə verib.Onun sözlərinə görə, enerji təhlükəsizliyi hazırda qlobal gündəliyin əsas mövzularından biri olaraq qalır və bu sahədə etibarlı tərəfdaş kimi çıxış edən ölkələrin əhəmiyyəti daha da artır.Professor qeyd edib ki, Azərbaycanın maliyyə sabitliyi, strateji ehtiyatlarının həcmi və xarici borc göstəricilərinin qənaətbəxş səviyyədə qalması ölkənin iqtisadi dayanıqlığını nümayiş etdirir. Enerji sektorundan əldə olunan gəlirlərin qeyri-neft sahələrinin inkişafına yönəldilməsi isə iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradıb.O əlavə edib ki, Azərbaycan qazının Avropa bazarlarına nəqli ölkənin qitənin enerji təminatındakı rolunu daha da gücləndirib. Eyni zamanda, nəqliyyat və logistika layihələri də Azərbaycanın regionlararası əlaqələrdə strateji mövqeyini artırır.K.Əliyevanın fikrincə, enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq əhəmiyyətinin artmasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Next Article

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“AzerGold” Daşkəsən sakinləri ilə görüş keçirib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:26 1164 baxış “AzerGold”un KSM Komitəsi Daşkəsəndə sosial layihələri və gələcək planları müzakirə edib Elpress.az xəbər verir ki, “AzerGold” ASC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu […]

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:05 1154 baxış Yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon dollarlıq 3 803 minik avtomobili ixrac edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon ABŞ […]

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Aysel Əlibəyli 29 İyun 2026 · 12:16 1198 baxış Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına yeni dövlət dəstəyi: tədarük qiyməti müəyyənləşdi Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılması […]

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:19 1118 baxış Mərkəzi Bank qərar verdi: Manatın dollara qarşı sabahkı məzənnəsi bəlli oldu Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı iyulun 7-si üçün manatın xarici valyutalara, o […]