--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 1102 baxış

Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv edilib. Qərarın hansı əsasla qəbul edildiyi isə hələlik açıqlanmayıb.Bildirilib ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının üzvü olmaqla yanaşı, “Pravovoy Sovetnik” Samara Vəkillər Kollegiyasında vəkil kimi fəaliyyət göstərir.Məlumatda qeyd olunur ki, son dövrlər Rusiya hüquq-mühafizə orqanları ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrinə nəzarəti artırıb. Bildirilir ki, aparılan yoxlamalar çərçivəsində onların etnik mütəşəkkil cinayətkar qruplarla mümkün əlaqələri araşdırılır.Xatırladaq ki, ötən il Ulyanovsk vilayətində Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətində diaspor rəhbəri Asif Məmmədov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramid Namazov: Azərbaycan fiber-optik dəhlizlər üçün böyük potensiala malikdir

Next Article

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:35 1157 baxış Azərbaycanlı jurnalist Aqil Ələsgər Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq tədbirdə xüsusi ordenə layiq görülüb. Təltif Türk dünyasında media və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətlə əlaqələndirilib. Elpress.az xəbər […]

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1070 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1126 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]