--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 1128 baxış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 10-na olan hava proqnozunu açıqlayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 20-23, gündüz isə 30-35 dərəcə isti olacaq.Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla yanaşı, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək.Sinoptiklərin proqnozuna görə, rayonlarda havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 20-25, bəzi yerlərdə isə 28-30 dərəcə isti qeydə alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Next Article

Bakıda dəhşətli olay: Kişi qadını güllələdi, sonra özünə atəş açdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bəzi ərazilərdə leysan yağış yağır, şimşək çaxır

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:14 1056 baxış Bakıda və bölgələrdə yağıntılı hava müşahidə olunur Elpress.az xəbər verir ki, Sentyabrın 29-u saat 13:00-a olan məlumata görə, Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti hökm sürür.Bakıda […]

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:07 1064 baxış NİİM sürücüləri əks zolağa çıxmamağa və yolayrıcında qaydalara əməl etməyə çağırıb Elpress.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Suraxanı rayonunun Hövsan (MİDA) yolunda ötən […]

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1070 baxış Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən […]

Peşə təhsilində yeni ixtisaslar açılacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:52 1112 baxış Sənayeyönümlü peşə ixtisaslarının tədrisi genişləndiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda peşə təhsili müəssisələrində müasir əmək bazarının tələblərinə uyğun sənayeyönümlü ixtisasların tədrisi genişləndiriləcək.Prezident İlham Əliyevin təsdiqlədiyi **“Məşğulluq […]