--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və BƏƏ hərbi aviasiyası birgə təlimə başlayıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 18:19 1020 baxış

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi aviasiya qüvvələri “Şahinlərin Görüşü-2026” adlı müştərək taktiki-uçuş təlimində iştirak edir.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, təlimin açılış mərasimi Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bazasında keçirilib. Təlimə hər iki ölkənin hərbi hava qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Mərasimdə Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və BƏƏ-nin dövlət himnləri səsləndirilib. General-mayor Zaur Rüstəmov çıxışında təlimin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Təlim iki ölkə arasında hərbi əməkdaşlıq üzrə birgə komitənin ilk iclasının protokoluna uyğun təşkil edilib. Açılış çərçivəsində iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr təqdim olunub, daha sonra hərbi aviasiya vasitələrinə baxış keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda məktəb direktorunun avtomobili yandırılıb

Next Article

12 yaşlı şagirdin məktəbdəki hadisəsi araşdırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1066 baxış Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət […]

Azyaşlılar üçün pasport müraciəti “mygov”da elektronlaşdırıldı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:50 1050 baxış Ədliyyə Nazirliyinin təqdim etdiyi “Azyaşlıya pasportun verilmə ərizəsi” xidməti “mygov” platformasına inteqrasiya olunub. Elpress.az xəbər verir ki, yeni xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun […]