Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək futbol matçı ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Elpress.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Dəyişiklik 18 müntəzəm marşruta — 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli avtobus xətlərinə şamil ediləcək.
Yeni sxemə əsasən, Sabunçu yol qovşağı istiqamətində avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə hərəkət edəcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə gedən avtobuslar isə Heydər Əliyev prospektindən istifadə edəcək.


