--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ramid Namazov: Azərbaycan fiber-optik dəhlizlər üçün böyük potensiala malikdir

Aysel Əlibəyli 09 İyul 2026 · 15:59 1096 baxış

Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni beynəlxalq fiber-optik dəhlizlərin inkişafı üçün əlverişli mərkəzə çevirə bilər.

Elpress.az xəbər verir ki, Ramid Namazov bu fikirləri iyulun 9-da Milli Məclisdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirələr zamanı səsləndirib.O bildirib ki, Azərbaycanın Asiya ilə Avropa arasında Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkədə mövcud nəqliyyat və enerji infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi üçün mühüm imkanlar yaradır. Deputatın sözlərinə görə, bu üstünlük Azərbaycanın regional rəqəmsal bağlantı mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər.Ramid Namazov qeyd edib ki, son 20 ildə ölkənin elektrik enerjisi istehsal gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Hazırda istifadə olunmayan ən azı 2 min meqavat gücün mövcudluğu isə data mərkəzləri və süni intellekt infrastrukturunun inkişafı üçün mühüm baza rolunu oynayır.Komissiya sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlar nəticəsində bu sahədə institusional mexanizmlər daha da gücləndirilib. Dövlət başçısının Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına nəzarət və nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi həvalə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-ın İrana hücumu: ölən və yaralananlar var

Next Article

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

195E ekspres marşrutu fəaliyyətə başlayır

Aysel Əlibəyli 28 İyul 2026 · 14:04 1064 baxış Qaradağın Ələt qəsəbəsini Bayılla birləşdirən yeni ekspres avtobus xətti istifadəyə verilir Elpress.az xəbər verir ki, Sabahdan Bakıda Qaradağın Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə […]

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 1162 baxış Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay […]

Sabah Abşeron çimərliklərində hava necə olacaq?

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:21 1064 baxış Şimal və cənub çimərliklərində dəniz suyunun temperaturu 25-27 dərəcə olacaq Elpress.az xəbər verir ki, Avqustun 23-də Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]