“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.
Elpress.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Hacıyev 2023-cü ilin sentyabrından sözügedən vəzifədə çalışıb. Onun fəaliyyəti dövründə Ağdam təmsilçisi iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.
Klubun həmin illərdəki avrokubok çıxışları da yadda qalıb: komanda UEFA Çempionlar Liqasının liqa mərhələsindən pley-offa yüksəlib, Avropa Liqasında isə 1/8 finalda mübarizə aparıb.


