Bakının Sabunçu rayonunda yerləşən 94 nömrəli məktəbdə 12 yaşlı şagirdin ikinci mərtəbədən özünü atdığı bildirilir. Azyaşlının vəziyyəti orta ağırdır.
Elpress.az APA-ya istinadən xəbər verir ki, şagird Sabunçu Tibb Mərkəzində müalicə alır. Məktəb direktorunun sözlərinə görə, son bir ayda onun üçün bir neçə dəfə təcili tibbi yardım çağırılıb.
Məlumata əsasən, uşağın çantasında psixotrop dərmanlar aşkarlanıb. Həmçinin şagirdin rəfiqəsinə sentyabrın 10–15-i aralığında əmisi tərəfindən zorakılıq cəhdinə məruz qaldığını söylədiyi bildirilir. Həmin iddia ilə bağlı araşdırmanın nəticəsi barədə məlumat yoxdur.


