Prezident İlham Əliyev Yaxın Şərqdəki gərginliyin danışıqlar yolu ilə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Elpress.az xəbər verir ki, görüşdə İranın daxili işlər naziri bölgədə vəziyyətin sabitləşdirilməsi məqsədilə aparılan danışıqlar barədə dövlət başçısına məlumat verib.
Tərəflər, həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gələcək imkanlarını və qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.


