Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd göstərən bir qrup şəxsin saxlanıldığı bildirilir.
Elpress.az xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib. İlkin məlumata əsasən, polis əməkdaşları mümkün asayiş pozuntusunun qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.
Saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia edilir. Bu rəqəmlərlə bağlı rəsmi təsdiq təqdim olunmayıb.


