--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

BDU liseyinin şagirdləri Beynəlxalq olimpiadalarda Azərbaycana medallar qazandırdı

Aysel Əlibəyli 18 İyul 2026 · 22:27 1118 baxış

Elpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq olimpiadalarda növbəti uğurlara imza atıblar.

Liseyin XI sinif şagirdi Elman Kərimli 58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2026) Azərbaycanı uğurla təmsil edərək bürünc medal qazanıb. Respublika Fənn Olimpiadasının qızıl medalçısı olan Elman daha əvvəl 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında da bürünc medala layiq görülüb.

Liseyin IX sinif şagirdi Məhəmməd Abdulla isə Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında üçüncü yeri tutaraq bürünc medal əldə edib. O, həmçinin Moskva şəhərində təşkil olunan II Beynəlxalq Açıq Coğrafiya Olimpiadasının da bürünc medalçısıdır.

Qeyd edək ki, lisey şagirdlərinin beynəlxalq yarışlardakı növbəti uğurları Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərə daha bir töhfə kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oman sahillərində tankerə hücum: Hərbi fəaliyyət gəmiyə zərər vurdu

Next Article

DÇ-2026: İngiltərə Fransanı dramatik oyunda məğlub edərək bürünc medala sahib çıxdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1201 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]

Hamburqda azərbaycanlı gənclər bir araya gəlib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 23:40 1072 baxış Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlı gənclər və tələbələr bilik və məntiq bacarıqlarını sınamaqla yanaşı, yeni ünsiyyət imkanları qazanıblar. Şəhərdə soydaşlarımız arasında intellektual yarış təşkil olunub. Elpress.az […]

Mərhum Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına verildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:52 1088 baxış ABŞ-də Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliğinə töhfələr vermiş mərhum mədəniyyət xadimi Sevinc Kərimovanın dövlət təltifi ailəsinə təqdim olunub. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla […]