--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı Bakıda baş tutacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 10:49 1100 baxış

Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, iyulun 1-2-də Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.

İllik Toplantı çərçivəsində Bankın ötən dövr üzrə fəaliyyəti qiymətləndiriləcək, 2025-ci ilə dair maliyyə hesabatları təsdiqlənəcək, həmçinin qurumun gələcək inkişaf strategiyası və institusional fəaliyyət istiqamətləri müzakirə olunacaq.Tədbir çərçivəsində təşkil olunacaq Biznes Forum isə “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusuna həsr ediləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlıq imkanları, ölkədə həyata keçirilən investisiya layihələri və inkişafın maliyyələşdirilməsi sahəsində mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılacaq.Müzakirələr zamanı Azərbaycanın Avropa və Asiya arasında mühüm iqtisadi, nəqliyyat və logistika mərkəzi kimi rolu, regional bağlantıların genişləndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində şaxələndirilmiş maliyyə mexanizmlərinin əhəmiyyəti diqqət mərkəzində olacaq.Forum çərçivəsində plenar sessiyaların, təqdimatların və işgüzar görüşlərin keçirilməsi, eləcə də sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.Qeyd edək ki, baş qərargahı Saloniki şəhərində yerləşən Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət tərəfindən yaradılıb. Bank üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqi, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, investisiyaların və ticarətin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Next Article

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentin İnvestisiya Forumunda iştirakından video yayımlanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:27 1044 baxış İlham Əliyevin forumdakı iştirakına dair görüntülər paylaşılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakını əks etdirən videoçarx sosial media hesablarında […]

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1058 baxış Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam […]

Prezidentdən gənc nəslə mühüm mesaj

Aysel Əlibəyli 15 İyul 2026 · 18:38 1066 baxış Prezident İlham Əliyev milli birlik, müstəqillik və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1098 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]