--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:24 1008 baxış

Təmir və yol hərəkəti sxemində dəyişikliklərlə əlaqədar məhdudiyyət tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Sentyabrın 29-u saat 21:00-dan etibarən Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulacaq.Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospektindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılacaq.Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində isə hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur. Bu məqsədlə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək və ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.Məhdudiyyətlərin təmir və digər işlər başa çatanadək davam edəcəyi bildirilib.Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq və alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Roşka” ləqəbli tiktokerə 5 il həbs cəzası istənilib

Next Article

Rusiya İranın nüvə müqaviləsindən çıxmasını istəmir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah 39 dərəcə isti olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:48 1082 baxış İyulun 24-də Azərbaycanda havanın 39 dərəcəyədək isinəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Bakıda və […]

Azərbaycanda temperatur yüksəlir

Aysel Əlibəyli 10 İyun 2026 · 12:45 1156 baxış İyunun 11-də Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən […]

Növbəti köç karvanları Xocavəndə çatıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:08 1050 baxış Xocavənd şəhəri, Quzeyxırman kəndi və Qırmızı Bazar qəsəbəsinə 50 ailə köçürülüb Elpress.az xəbər verir ki, Sentyabrın 15-də doğma yurdlarına yola salınan növbəti köç karvanları Xocavənd şəhərinə, […]