Mərmi zərbəsindən sonra gəmidə yanğın baş verib
Elpress.az xəbər verir ki, Hörmüz boğazında hərəkətdə olan ticarət gəmisinə mərmi ilə zərbə endirilib.Məlumata görə, hadisə gəminin Oman ərazisində, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkəti zamanı baş verib. Zərbədən sonra gəmidə yanğın başlayıb və alovun söndürülməsi istiqamətində işlərə başlanılıb.Hadisə nəticəsində gəminin adı, ekipaj üzvlərinin vəziyyəti və hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat açıqlanmayıb.Qeyd olunur ki, son günlər Hörmüz boğazında ticarət gəmiləri ilə bağlı bir neçə insident qeydə alınıb. Sentyabrın 23-də də boğazda bir ticarət gəmisinin naməlum mərmi ilə vurulduğu, daha sonra gəmidə yanğın baş verdiyi və ekipajın təxliyə edildiyi bildirilmişdi.


