--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Aysel Əlibəyli 28 İyun 2026 · 23:11 1102 baxış

Elpress.az xəbər verir ki, Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.

Son məlumata görə, xilasedicilər dağıntılar altından 33 nəfəri sağ çıxarmağa müvəffəq olublar.Bu barədə Delsi Rodriges məlumat verib. O bildirib ki, hazırda insanların həyatının xilas edilməsi baxımından ən kritik saatlar yaşanır və bütün qüvvələr sağ qalanların tapılmasına səfərbər olunub.”Bu günə qədər 33 nəfəri sağ xilas edə bilmişik. Hazırda hər bir dəqiqə böyük əhəmiyyət daşıyır və biz dağıntılar altında qalan insanların tapılması üçün dua edirik”, – deyə o vurğulayıb.Delsi Rodriges həmçinin beynəlxalq xilasetmə qruplarına və Venesuelaya göndərilən xüsusi təlim keçmiş axtarış itlərinə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, xaricdən gələn hər bir yardım ölkə üçün yeni ümid deməkdir.Qeyd edək ki, Venesuelada baş verən güclü zəlzələ geniş dağıntılara səbəb olub. Bir sıra yaşayış məntəqələri ciddi zərər görüb, ölən və yaralananların sayının artacağından ehtiyat edilir. Axtarış-xilasetmə əməliyyatları isə fasiləsiz şəkildə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Next Article

Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı Bakıda baş tutacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Ukraynaya kəşfiyyat dəstəyi verir

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:53 1058 baxış KİV: Vaşinqton Rusiyanın enerji obyektlərinə zərbələr üçün Kiyevə məlumat ötürür Elpress.az xəbər verir ki, ABŞ-ın Ukraynaya Rusiyanın enerji infrastrukturu və ölkədəki Rusiya hərbi mövqelərinə qarşı zərbələr […]

Arı hücumuna məruz qalan usta vəfat etdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:05 1054 baxış İspartada arı yuvasına isti su tökən mebel ustası faciləvi şəkildə həyatını itirdi Elpress.az xəbər verir ki, Türkiyənin İsparta şəhərində emalatxanasında müştəriləri narahat edən eşşək arısı yuvasına […]

Həftə sonu maşınla kəşf edilən valehedici ada

Aysel Əlibəyli 31 May 2026 · 19:01 1172 baxış Mo’orea-ya gələn ziyarətçilərin təxminən üçdə birindən çoxu kruiz gəmiləri ilə səyahət edir, amma adanın sahil xəttini öz ritmində, yavaş-yavaş gəzib araşdıran səyahətçilər daha xüsusi bir təcrübə […]

NASA-dan 70 min dollarlıq “Mars” təklifi

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:50 1066 baxış ABŞ aeronavtika agentliyi Yer kürəsində 1 illik “Mars simulyasiyası” üçün 4 namizəd axtarır Elpress.az xəbər verir ki, NASA gələcəkdə Ay və Marsa planlaşdırılan uzunmüddətli kosmik ekspedisiyalara […]