--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yerli buğdanın dövlət tədarük qiyməti açıqlandı

Aysel Əlibəyli 29 İyun 2026 · 12:16 1158 baxış

Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına yeni dövlət dəstəyi: tədarük qiyməti müəyyənləşdi

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda yerli ərzaqlıq buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılması istiqamətində yeni qərar qəbul edilib.Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, ölkənin ərzaqlıq buğda ilə təminat səviyyəsinin yüksəldilməsi, yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması və kənd təsərrüfatı sahəsində davamlı inkişafın dəstəklənməsi məqsədilə yeni tədarük qiyməti müəyyənləşdirilib.Qərara əsasən, “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartında nəzərdə tutulan keyfiyyət tələblərinə cavab verən yerli ərzaqlıq buğdanın 1 tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400 manat olacaq.Yeni qiymət siyasətinin yerli fermerlərin istehsal imkanlarının genişləndirilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkənin buğda təminatında yerli məhsulun payının artırılmasına töhfə verəcəyi gözlənilir.Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı Bakıda baş tutacaq

Next Article

Kreditlərdə yeni qayda

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kart transferlərinə yeni limitlər qoyuldu

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:54 1074 baxış Azərbaycanda kartdan-karta pul köçürmələri üçün yeni məhdudiyyətlər qüvvəyə mindi Elpress.az xəbər verir ki, Avqustun 1-dən etibarən ölkə ərazisində kartdan-karta (C2C) köçürmə əməliyyatlarına dair yeni tənzimləmə qaydaları […]

Azeri Light neftinin qiyməti artdı

Elşən 22 May 2026 · 09:19 1110 baxış Azeri Light neftinin İtaliyanın Auqusta limanı üzərindən CIF şərtləri ilə satış qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 ABŞ dolları (1,62 faiz) yüksələrək bir barel üçün 114,14 dollara […]

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 12:51 1064 baxış Azərbaycanın Qırğızıstana ixracında avtomobil, şəkər və tütün məhsulları üstünlük təşkil edib Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 28,9 milyon […]

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 1192 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]