--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1072 baxış

Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb

Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam etdirir və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin açıqlayıb.Nazir bildirib ki, Ermənistan tərəfindən dəmir yolu ilə bağlı vaxtaşırı müxtəlif bəyanatlar səsləndirilsə də, İrəvan Moskva ilə mövcud əməkdaşlıqdan rəsmi şəkildə imtina etməyib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya tərəfi fəaliyyətini əvvəlki kimi davam etdirir.Nikitin qeyd edib ki, Ermənistan hələlik heç bir rəsmi imtina barədə Rusiyaya məlumat verməyib və Moskva bütün öhdəliklərini icra etməkdə davam edir.Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin Rusiya Dəmir Yollarının törəmə şirkətinin idarə etdiyi dəmir yolu konsessiyasının üçüncü ölkəyə satılmasını istədiyini bildirib. Ermənistanın dəmir yolu sistemi 2008-ci ildə 30 illik müqavilə əsasında Rusiyanın idarəçiliyinə verilib.Paşinyanın sözlərinə görə, konsessiyanın başqa ölkəyə satılması Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası baxımından yaranan imkanlardan yararlanması üçün əhəmiyyətlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Next Article

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev İsrail Prezidenti ilə görüşüb

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 19:36 1060 baxış Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüş keçirib. Elpress.az xəbər verir ki, görüşdə Hersoq Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə […]

İlham Əliyev və Vladimir Putin Türkmənbaşıda söhbət ediblər

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:39 1070 baxış Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Elpress.az xəbər verir ki, oktyabrın 9-da Türkmənbaşı şəhərində […]