Aleksey Lixaçev Paşinyan və Qriqoryanla enerji məsələlərini müzakirə edəcək
Elpress.az xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçev Ermənistana səfər edib. O, sentyabrın 28-də axşam saatlarında İrəvana gedib.Səfər çərçivəsində Lixaçevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Baş nazirin müavini Mqer Qriqoryanla görüşləri planlaşdırılır.Danışıqlar zamanı enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə olunacağı gözlənilir. Görüşlərin gündəliyinə Ermənistanın atom elektrik stansiyası ilə bağlı məsələlər və enerji blokunun fəaliyyət müddətinin uzadılması da daxildir.


