--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Roşka” ləqəbli tiktokerə 5 il həbs cəzası istənilib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:17 1008 baxış

Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Elpress.az xəbər verir ki, “Roşka” ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Rövşən Süleymanov bu ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.Tiktoker Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma ilə bağlı maddəsi üzrə ittiham olunur.Qeyd edək ki, Rövşən Süleymanzadə daha əvvəl də inzibati qaydada həbs edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bəzi ərazilərdə leysan yağış yağır, şimşək çaxır

Next Article

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Maştağada fərdi evdə güclü partlayış: 2 nəfər xəsarət alıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:21 1116 baxış Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində güclü partlayış baş verib. Hadisə nəticəsində evə ziyan dəyib, iki nəfər xəsarət alıb. Fövqəladə […]

İsmayıllıda ağır qəza

Aysel Əlibəyli 19 İyul 2026 · 17:09 1072 baxış İsmayıllıda avtomobil və motosiklet toqquşdu, 3 nəfər həlak oldu Elpress.az xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza […]