--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Prezidentdən gənc nəslə mühüm mesaj

Aysel Əlibəyli 15 İyul 2026 · 18:38 1080 baxış

Prezident İlham Əliyev milli birlik, müstəqillik və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın gələcəyi, milli kimliyin qorunması və müstəqilliyin əhəmiyyəti ilə bağlı mühüm mesajlar verib.Dövlət başçısı bildirib ki, dünya sürətlə dəyişir, yeni təhdidlər və təxribatlar meydana çıxır. Onun sözlərinə görə, Azərbaycanı istəməyən qüvvələrin bu niyyətindən əl çəkəcəyini düşünmək düzgün deyil və ölkə öz hüquqlarını, milli maraqlarını və müstəqilliyini daim qorumalıdır.Prezident qeyd edib ki, bəzi ölkələr və onların rəhbərləri başqa dövlətlərin himayəsinə güvənərək təhlükəsizlik əldə edəcəklərini hesab etsələr də, sonda böyük geosiyasi oyunların qurbanına çevrilirlər. İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqı işğalın ağrılarını, Zəfəri, eləcə də bərpa və dirçəliş dövrünü yaşayıb və bu təcrübə gələcək nəsillər üçün mühüm örnəkdir.Dövlət başçısı gənclərə müraciət edərək bildirib ki, milli kimlik və milli ləyaqət hər zaman hər şeydən üstün tutulmalıdır. O qeyd edib ki, çətinliklər və məğlubiyyətlər olsa belə, xalq heç vaxt əyilməməli, işğalçının diktəsini qəbul etməməli və Vətənə sədaqətini qoruyaraq gələcək nəsillərə bu dəyərləri aşılamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belçikalı müdafiəçi “Sanderlend”ə keç

Next Article

Li Çje Myon mənzilini satışa çıxardı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Aysel Əlibəyli 23 İyun 2026 · 18:34 1136 baxış Elpress.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib. Məlumata görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda yükü […]

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1156 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:30 1200 baxış Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərə görə yüksək qiymətləndirilib və təltif edilib Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmət […]