--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Qadınların siyasətin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi qəbul edilməməsi…”

Aysel Əlibəyli 22 May 2026 · 17:27 1123 baxış

“Şəhər və mənzil siyasətləri bir çox hallarda gender yanaşmasını kifayət qədər diqqətdə saxlamır.”

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda keçirilən -ün rəsmi bağlanış mərasimində Argentinanın National University of Córdoba professoru Ana Falú bildirib ki, şəhər və mənzil siyasətlərində gender yanaşması çox vaxt kifayət qədər nəzərə alınmır. Onun sözlərinə görə, bu siyasətlər qadınların ehtiyaclarını tam əhatə etmir, gender bərabərsizliyini gücləndirir və qadın əməyini görünməz hala salır.A.Falu qeyd edib ki, mənzilə yalnız yaşayış yeri kimi baxmaq düzgün deyil. Şəhərsalma və mənzil siyasətinin zəif olması qadınların həyatında sosial və iqtisadi bərabərsizliyi daha da artırır. O vurğulayıb ki, siyasətlər gündəlik həyatın reallıqlarına, qayğı əməyinə və gender əsaslı zorakılıq kimi məsələlərə fokuslanmalıdır.Professor əlavə edib ki, qadınların siyasətdə əsas iştirakçı kimi nəzərə alınmaması mövcud problemləri daha da dərinləşdirir. Buna görə də şəhərlərdə, xüsusilə yoxsul və sürətlə genişlənən ərazilərdə, icma dəstəyi və sosial həmrəyliyə əsaslanan kompleks qayğı sistemlərinin yaradılması vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kanadada yerli icma razılıq hüquqlarının pozulduğunu bildirərək hökumətə qarşı məhkəmə iddiası qaldırıb.

Next Article

AFFA ilə Ombudsman Aparatı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Aysel Əlibəyli 28 İyun 2026 · 18:57 1152 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş helikopter qəzası ilə əlaqədar […]