Hüquq sahəsində təhsil almış və müxtəlif vəzifələrdə çalışmış Nuranə Məmmədova Bakı şəhərində hakim kimi fəaliyyət göstərəcək.
Elpress.az xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul edilib və Prezident təqaüdünə layiq görülüb. O, 2020-ci ildə bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ üzrə magistratura təhsilini fərqlənmə diplomları ilə başa vurub. Hər iki pillədə təhsilini ingilis dilində alıb.
Peşəkar fəaliyyətinə hüququn müxtəlif sahələrində davam edən Məmmədova Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi və vəkil kimi çalışıb. 2024-cü ildən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsində müəllim işləyib.


