--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 14:15 1034 baxış

Azərbaycan-Pakistan münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətləri dövlət başçısı İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığının əsas mövzularından olub.

Elpress.az xəbər verir ki, söhbət zamanı iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin, eləcə də strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Məhəmməd Şahbaz Şərif Pakistan xalqının Azərbaycan Prezidentinə və ölkəmizin vətəndaşlarına böyük hörmət bəslədiyini bir daha diqqətə çatdırıb. Tərəflər siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Danışıq zamanı Azərbaycanın dövlət xidmətləri sahəsində təcrübəsi də müzakirə olunub. Pakistanın Baş naziri İslamabadda “ASAN xidmət” modeli əsasında yaradılan mərkəzin fəaliyyətindən razılığını bildirib və bu təcrübənin ölkəsinin digər bölgələrində tətbiqi üçün Azərbaycanın dəstəyini xahiş edib.

Prezident İlham Əliyev müraciətə müsbət yanaşaraq, müvafiq dəstəyin göstərilməsinə razılıq verib. Şahbaz Şərif isə bu mövqeyə görə dövlət başçısına təşəkkür edib və Azərbaycanın dəstəyini iki ölkə arasındakı dostluq və həmrəyliyin göstəricisi kimi dəyərləndirib.

Telefon danışığında Pakistanın son dövrlərdə regional və beynəlxalq müstəvidə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində atdığı diplomatik addımlar da təqdir edilib.

Sonda tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindəki məsələlər, eləcə də regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB-də yeni təyinat: şöbə müdiri dəyişdi

Next Article

Ermənistanda hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 1120 baxış Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, […]

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1108 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]