Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycan xalqına Qarabağ məsələsinin həlli ilə bağlı təbriklərini çatdırıb və regionda davamlı sülh arzulayıb.
Elpress.az xəbər verir ki, Kadırov bu fikirləri oktyabrın 10-da Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirib.
“Xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək”, – deyə o bildirib.


