Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strukturunda yeni kadr təyinatı həyata keçirilib.
Elpress.az xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Elvin Əlizadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında yer alıb.


