Azərbaycan, Rusiya və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni razılaşmalar əldə olunub. Birgə layihələr Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində liderlərin görüşündə müzakirə edilib.
Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində üçtərəfli görüşün Rusiyanın təşəbbüsü ilə təşkil olunduğunu bildirib.
Nazirin sözlərinə görə, danışıqlar zamanı üç ölkənin birgə həyata keçirə biləcəyi layihələr nəzərdən keçirilib və onların icrası ilə bağlı razılıq əldə olunub. Əraqçi iqtisadi əməkdaşlıq sahəsində tərəflər arasında bir sıra layihələrin mövcud olduğunu da vurğulayıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammiti və Xəzər ətraf mühit sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər.


