--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Elçin Əmirbəyov: Azərbaycana minatəmizləmədə beynəlxalq dəstək artırılmalıdır

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:20 1074 baxış

Azərbaycan ərazisinin 13 faizdən çoxunun mina və partlamamış hərbi sursatlarla çirkləndiyi açıqlanıb

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin daha da artırılmasının vacibliyini vurğulayıb.O, Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı Azərbaycana bu sahədə dəstək göstərən ölkə və təşkilatlara təşəkkürünü bildirib.Əmirbəyovun sözlərinə görə, göstərilən beynəlxalq dəstəyin həcmi mövcud ehtiyaclarla müqayisədə olduqca aşağıdır. O qeyd edib ki, Azərbaycan ərazisinin 13 faizdən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib.Müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, mina təhlükəsi olan ərazilərin 75 faizində hələ də insan həyatı üçün ciddi risk yaradan minaların mövcud olduğu bildirilib.Elçin Əmirbəyov bunu ciddi humanitar və təhlükəsizlik problemi, eyni zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı baxımından mühüm maneə kimi qiymətləndirib.O bildirib ki, Azərbaycan hazırda regionda, hətta dünyada ən böyük münaqişədən sonrakı yenidənqurma layihələrindən birini həyata keçirir. Keçmiş məcburi köçkünlərin doğma ərazilərinə qayıtması, yaşayış məntəqələrinin bərpası, yolların, məktəblərin, xəstəxanaların və iqtisadi infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər görülür.Əmirbəyov vurğulayıb ki, ərazilərin altında mövcud olan mina təhlükəsi aradan qaldırılmadan həmin icmaların təhlükəsiz şəkildə yenidən qurulması mümkün deyil.O, Azərbaycanın mina fəaliyyətinə dəstək göstərən bütün ölkə və təşkilatların yardımını yüksək qiymətləndirib. Bildirib ki, bu dəstək yalnız mina qurbanlarına yardım baxımından deyil, həm də Azərbaycanla dostluq və həmrəyliyin göstəricisi kimi qəbul olunur.Bununla yanaşı, Əmirbəyov beynəlxalq maliyyə dəstəyinin hələ də məhdud olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda minatəmizləmə fəaliyyətinin maliyyələşdirilməsinin təxminən 95 faizi dövlət vəsaiti hesabına həyata keçirilir, xarici mənbələrin payı isə yalnız 5 faiz təşkil edir.Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi hesab edir ki, bu nisbət dəyişdirilməli və ölkəyə minatəmizləmə sahəsində beynəlxalq dəstəyin həcmi artırılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Deputat Pərvanə Vəliyeva COP17-də çıxış edib

Next Article

Bakıda məktəblərdə dezinfeksiya işləri görülür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1060 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]

Azərbaycanın türk dünyasında artan rolu diqqət çəkib

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:05 1066 baxış Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsinin Azərbaycanın regional siyasətində mühüm yer tutduğu vurğulanıb Elpress.az xəbər verir ki, Azərbaycanın son illərdə Türk Dövlətləri ilə siyasi və diplomatik əlaqələrini […]