--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev bir sıra məhkəmələrə yeni hakimlər təyin edib

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 12:58 1012 baxış

Azərbaycanda birinci instansiya məhkəmələrinin hakim heyətində dəyişiklik edilib. Yeni təyinatlar ağır cinayətlər, inzibati, kommersiya, hərbi və rayon (şəhər) məhkəmələrini əhatə edir.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, bir sıra hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib, hakim vəzifəsinə namizədlər də müvafiq məhkəmələrə təyin olunublar.

Ağır cinayətlər məhkəmələri üzrə:

  • Bakı Ağır Cinayətlər Məhkəməsi — Pərviz Muradov
  • Gəncə Ağır Cinayətlər Məhkəməsi — Cəmil Bəşirov
  • Lənkəran Ağır Cinayətlər Məhkəməsi — Esmira Məmmədova
  • Sumqayıt Ağır Cinayətlər Məhkəməsi — Samir İsmayılov və Tariyel Quliyev
  • Şəki Ağır Cinayətlər Məhkəməsi — Tural Əfəndizadə

İnzibati məhkəmələr üzrə:

  • Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi — Tural Əliyev
  • Sumqayıt İnzibati Məhkəməsi — Könül Həbibova və Vəfa Şirəliyeva
  • Şirvan İnzibati Məhkəməsi — Pərvanə Qurbanova

Kommersiya məhkəmələri üzrə:

  • Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi — Kamran Musayev
  • Gəncə Kommersiya Məhkəməsi — Ramiq Qələndərzadə
  • Sumqayıt Kommersiya Məhkəməsi — Fərman Həmidli və Könül Mirzəfərova
  • Şəki Kommersiya Məhkəməsi — Mazlum Qurbanova

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

  • Binəqədi Rayon Məhkəməsi — Pərviz Məmmədov
  • Xətai Rayon Məhkəməsi — Aydan Məmmədli
  • Xəzər Rayon Məhkəməsi — Nərmin Abiyeva
  • Nəsimi Rayon Məhkəməsi — Vüsalə Musayeva
  • Nizami Rayon Məhkəməsi — Starə Əliyeva
  • Suraxanı Rayon Məhkəməsi — Aynur Əliyeva və Fəridə Rzayeva

Digər rayon və şəhər məhkəmələri üzrə:

  • Abşeron Rayon Məhkəməsi — Abusət Qasımov və Mirnəsir Mirhəsənli
  • Gəncə Şəhər Məhkəməsi — Leyla Əliyeva və Liza Xanməmmədova
  • Füzuli Rayon Məhkəməsi — Elmir İsmayılov
  • Hacıqabul Rayon Məhkəməsi — Orxan Bayramov
  • Mingəçevir Şəhər Məhkəməsi — Güləndam Quliyeva
  • Neftçala Rayon Məhkəməsi — Aygün Mürsəlova
  • Sumqayıt Şəhər Məhkəməsi — Vəsilə Əliyeva
  • Ucar Rayon Məhkəməsi — Xəyal Bədəlov

Sərəncamın ikinci hissəsinə əsasən, hakim vəzifəsinə namizədlər də bir sıra məhkəmələrə təyin ediliblər. Onların arasında Cəlilabad Hərbi Məhkəməsinə Mirtale Muxtarov, Şəki İnzibati Məhkəməsinə Səbuhi Həsənzadə və Rəşad Həşim, eləcə də Bakı şəhərinin bir sıra rayon məhkəmələrinə və digər bölgələrin məhkəmələrinə təyin olunan şəxslər var.

Sərəncamın birinci hissəsi 11 oktyabr 2026-cı ildən, ikinci hissəsi isə imzalandığı gündən qüvvəyə minir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əraqçi: Azərbaycan, Rusiya və İran birgə layihələr barədə razılaşıb

Next Article

Masazırda yanan 4 avtomobilin son görüntüləri

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski İlham Əliyevə təşəkkür edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:05 1052 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib. Elpress.az xəbər verir ki, Zelenski bu barədə “X” […]

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda olub

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:34 1042 baxış Azərbaycan və Bolqarıstan hərbi qulluqçuların sosial və mədəni təminatını müzakirə edib Elpress.az xəbər verir ki, Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.Səfər Azərbaycan və Bolqarıstan […]

Avropa Komissiyasının Prezidenti Azərbaycana işgüzar səfər edib

Aysel Əlibəyli 01 İyul 2026 · 17:06 1092 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək səviyyəli qonağın qarşılanması üçün Azərbaycanın […]