--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AFFA ilə Ombudsman Aparatı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib.

Aysel Əlibəyli 22 May 2026 · 17:36 1116 baxış

AFFA-nın baş katibi Cahangir Fərəcullayev başda olmaqla nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüş keçirib.

Elpress.az-ın məlumatına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə geniş məlumat təqdim edib. O bildirib ki, hər il ənənəvi olaraq 18 may – 18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur və bu müddətdə müxtəlif hüquqi maarifləndirmə tədbirləri keçirilir.Səbinə Əliyeva uşaqlar və gənclərin sağlam fiziki inkişafının təmin edilməsinin vacibliyini vurğulayaraq, onların idmana, xüsusilə futbola marağının artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.AFFA-nın baş katibi Cahangir Fərəcullayev isə qurumun fəaliyyəti, ölkədə futbolun inkişafı üçün icra olunan layihələr və qazanılan uğurlar barədə məlumat verib.Görüş zamanı Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərə toxunulub, həmçinin gələcəkdə reallaşdırılması planlaşdırılan birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qadınların siyasətin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi qəbul edilməməsi…”

Next Article

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

UEFA Superkubokunun finalını idarə edəcək hakim müəyyənləşib.

Aysel Əlibəyli 11 İyun 2026 · 18:39 1138 baxış ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun final matçını idarə edəcək. Avqustun 12-də Avstriyanın Zaltsburq şəhərində keçiriləcək 2026 UEFA Super Kuboku finalında Çempionlar Liqasının […]

Millimiz Çexiyanı məğlub edib yarımfinala adlayıb

Aysel Əlibəyli 03 İyun 2026 · 01:08 1146 baxış Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə əldə edib. Elpress.az “Report”a istinadən xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda […]

Azərbaycan cüdoçuları 7 medala sahib oldular

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:20 1054 baxış Azərbaycan millisi Avropa Kubokunda 2 qızıl və 5 bürünc medal qazanıb Elpress.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında keçirilən Avropa Kuboku başa […]