--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qubada torpaq mübahisəsi zamanı qadının əli yaralanıb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:20 1012 baxış

Qubanın Dağlı kəndində iki qonşu arasında torpaq məsələsinə görə yaranan mübahisə məhkəmə ilə yekunlaşıb. Hadisə zamanı qadının əlindən xəsarət aldığı bildirilir.

Elpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə 45 yaşlı Yusif Nəzərovla bağ qonşusu olan, şərti adı Nəzakət kimi göstərilən qadın arasında baş verib.

Məhkəmə materiallarına əsasən, tərəflər arasında əvvəllər münasibətlər normal olsa da, sonradan torpaq məsələsinə görə mübahisələr yaranıb. Sonuncu qarşıdurma zamanı Nəzərovun əlindəki otbiçən mişarla qadının əlinə xəsarət yetirdiyi qeyd olunur.

Təqsirləndirilən şəxs ifadəsində mübahisənin iki-üç dəqiqə davam etdiyini və həmin vaxt qadının əlindən yaralandığını bildirib. O, daha sonra zərərçəkmiş şəxslə barışdıqlarını deyib. Qadın da qonşusundan şikayətçi olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Yusif Nəzərov məsuliyyətdən azad edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan nəşriyyatları Frankfurt kitab sərgisində beynəlxalq əməkdaşlığı genişləndirir

Next Article

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lerik-Lənkəran sərhədində zəlzələ

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:52 1052 baxış Lerik-Lənkəran sərhədində 3 bal gücündə yeraltı təkan qeydə alınıb Elpress.az xəbər verir ki, Lerik və Lənkəran rayonlarının sərhəd ərazisində zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına […]

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Aysel Əlibəyli 04 İyun 2026 · 20:53 1190 baxış Biləsuvarda yük maşını ilə minik avtomobili toqquşub, yaralananlar var Baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza […]

Bakıda mopeddən oğurluq edən şəxs saxlanılıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 08:53 1080 baxış Nərimanovda kuryerin mopeddən uzaqlaşmasından istifadə edən 50 yaşlı şübhəli tutulub Elpress.az xəbər verir ki, Bakının Nərimanov rayonunda mopeddən oğurluq hadisəsi baş verib.Hadisə zamanı bir nəfərə məxsus […]