Ermənistanda hərbi qulluqçunun ölümü ilə nəticələnən hadisə qeydə alınıb. Hərbçinin meyiti odlu silah yarası ilə tapılıb.
Elpress.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, meyit bu gün aşkarlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma başladılıb.


