--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Gülçöhrə və Əsgər” tamaşasında yubiley sevinci yaşanıb

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 14:05 1030 baxış

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanan “Gülçöhrə və Əsgər” tamaşası oktyabrın 8-də yenidən teatrsevərlərin qarşısına çıxıb. Tamaşa həm tarixi hadisələrə toxunan məzmunu, həm də gecənin sonunda baş tutan yubiley təbriki ilə yadda qalıb.

Elpress.az xəbər verir ki, səhnə əsərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövr, bolşevik rejiminin ölkənin ictimai həyatına təsiri, eləcə də xalqın üzləşdiyi maddi və mənəvi itkilər teatr dili ilə təqdim olunur.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu olub. Rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov və Almaz Ələsgərova ilə yanaşı, Səmədzadə Xasiyev, Gültac Əlili, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Rəşad Rüstəmov, Kamil Cəfərov, Atilla Məmmədov və Nihat Həbibov da çıxış ediblər. Tamaşada xor və balet artistləri də iştirak ediblər.

Gecənin qonaqları arasında pyesin müəllifi, akademik Kamal Abdulla da olub. Tamaşanı, həmçinin onun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində keçirilən IV Beynəlxalq türk dili və ədəbiyyatının tədrisi simpoziumunun iştirakçıları izləyiblər. Qonaqlar sırasında Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun, professor İsmət Çətin, Qazi Universitetinin professoru Xəlil Çeltik, İstanbul Universitetinin professoru Erman Görən, Varşava Universitetinin professoru Danuta Xmelyovska və Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan da yer alıblar.

Tamaşa alqışlarla qarşılanıb. Gecənin sonunda isə Əməkdar artist Almaz Ələsgərovanın 60 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib. Teatrın rəhbərliyi və kollektivi adından aktrisaya xoş arzular çatdırılıb, ona Akademik Musiqili Teatrın və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin fəxri fərmanları təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal da yubilyarı təbrik edərək ona qurumun “Teatr fədaisi” medalını təqdim edib.

Qeyd edək ki, Almaz Ələsgərova 2025-ci ildə teatrın repertuarına daxil edilən “Gülçöhrə və Əsgər” musiqili dramında Cahan xala obrazını canlandıran aktrisalardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Masazırda yanan 4 avtomobilin son görüntüləri

Next Article

TƏBİB-də yeni təyinat: şöbə müdiri dəyişdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1079 baxış Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan […]

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1202 baxış Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə […]

“44” bədii filminin premyera tarixi açıqlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 15:58 1046 baxış Elpress.az xəbər verir ki, Vətən müharibəsindən bəhs edən “44” bədii filminin ilk nümayişinin vaxtı məlum olub.Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Daha sonra ekran […]