Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Elpress.az xəbər verir ki, hadisə Kəmalə Qasımovaya məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb. Alovun binanın digər mənzillərinə keçməsinin qarşısı alınıb.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb olunub. Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin ehtimala görə, yanğına ildırım çaxması zamanı yaranan qısaqapanma səbəb olub.


