--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramov: TRIPP Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:49 1070 baxış

XİN rəhbəri ABŞ-ın Azərbaycanı layihə üzrə mütəmadi məlumatlandırdığını bildirib

Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakının vacib olduğunu bildirib.Nazirin sözlərinə görə, layihə üzrə müxtəlif tərəflər iştirak etsə də, əsas danışıqlar Ermənistan və ABŞ arasında aparılır. O qeyd edib ki, ABŞ-dakı tərəfdaşlar Azərbaycanı proseslə bağlı mütəmadi məlumatlandırırlar.Ceyhun Bayramov bildirib ki, Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin reallaşdırılması mümkün deyil. Hazırda layihə üzrə işlərin davam etdirildiyi, fiziki işlərə isə 2027-ci ildə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.XİN rəhbəri layihənin mümkün qədər tez həyata keçirilməsinin bütün region üçün faydalı olacağını vurğulayıb. Onun sözlərinə görə, TRIPP yalnız Azərbaycan üçün deyil, Ermənistan və digər regional dövlətlər üçün də iqtisadi və nəqliyyat baxımından əhəmiyyət daşıyır.Bayramov əlavə edib ki, Azərbaycan layihə çərçivəsində üzərinə düşən işləri davam etdirir. Bu işlərə Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yollarının inşası ilə bağlı tədbirlər də daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Next Article

Ceyhun Bayramov: Azərbaycanın Ermənistanın konstitusiya prosesi ilə bağlı mövqeyi dəyişməzdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Vilayət Eyvazov Türkiyə nümayəndə heyəti ilə görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:20 1090 baxış Azərbaycan və Türkiyənin daxili işlər qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin […]

Mustafayev–Overçuk görüşünün vaxtı açıqlanıb

Aysel Əlibəyli 17 İyul 2026 · 16:15 1086 baxış Ceyhun Bayramov: Şahin Mustafayevlə Aleksey Overçukun növbəti görüşü sentyabrda keçiriləcək Elpress.az xəbər verir ki , Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiyanın Baş nazirinin müavini […]

Prezident: Təhlükəsizlik təhdidləri regionumuz üçün realdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:52 1098 baxış Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas prioritetləri sırasında təhlükəsizlik, enerji, rəqəmsal inkişaf və Qarabağın bərpası xüsusi yer tutur. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]