--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Li Çje Myon mənzilini satışa çıxardı

Aysel Əlibəyli 15 İyul 2026 · 18:42 1098 baxış

Li Çje Myon daşınmaz əmlak bazarının sabitləşdirilməsi məqsədilə yeganə mənzilini satmaq qərarı verib

Elpress.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarında sabitliyin təmin olunmasına yönəlmiş siyasətinə dəstək məqsədilə yeganə mənzilini satmaq qərarı verib.Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Prezident Nazirlər Kabinetinin iclasında çıxışı zamanı artıq mənzilinin olmadığını bildirib və satış prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Məlumata görə, alqı-satqı ilə bağlı ilkin razılaşma əldə olunub və rəsmi müqavilənin yaxın vaxtlarda imzalanması gözlənilir.Xatırladaq ki, Li Çje Myon bu ilin fevral ayında paytaxt Seuldan təxminən 20 kilometr cənubda yerləşən Sonnam şəhərinin prestijli ərazisindəki mənzilini satışa çıxarmışdı. Prezident daha əvvəl daşınmaz əmlak bazarında spekulyasiyaların qarşısının alınması və sürətlə bahalaşan mənzil qiymətlərinin tənzimlənməsi məqsədilə vergi və maliyyə siyasətində dəyişikliklər ediləcəyini də açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən gənc nəslə mühüm mesaj

Next Article

Küveyt İrandan buraxılan hədəflərin vurulduğunu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1074 baxış Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik […]

Tramp: Pakistan İran danışıqlarında vasitəçi rolunu davam etdirir

Aysel Əlibəyli 10 İyun 2026 · 21:57 1174 baxış Pakistan ABŞ–İran danışıqlarında vasitəçilik rolunu davam etdirir Tramp: Pakistan ABŞ–İran danışıqlarında vasitəçilik səylərini davam etdirir, Vaşinqton isə “işlək və ciddi razılaşma” axtarırABŞ prezidenti Donald Tramp bildirib […]