--:--:-- | 08 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Rusiyadan Ermənistana 700 ton buğda Azərbaycandan keçdi

Aysel Əlibəyli 23 İyun 2026 · 18:34 1062 baxış

Elpress.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib.

Məlumata görə, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda yükü bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Bununla da, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən 33 min tondan artıq taxıl daşınıb. Eyni zamanda, tranzit marşrutu ilə Ermənistana 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.Bundan başqa, Azərbaycanla Ermənistan arasında bir sıra neft məhsullarının tədarükü də həyata keçirilir. Məlumata əsasən, indiyədək Ermənistana Azərbaycandan 14 min tondan çox dizel yanacağı, həmçinin 4 min tondan artıq Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.Azərbaycanın regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi beynəlxalq yükdaşımalarında rolunun artdığı vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Krımda dəmir yolu körpüsünü dronla vurub

Next Article

Ekspert: Bakı-Aşqabad əməkdaşlığı region üçün yeni imkanlar yaradır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbula yeni baş konsul təyin edildi

Aysel Əlibəyli 27 İyul 2026 · 18:41 1032 baxış Zamin Əliyev Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsinə təyin olunub Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu […]

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:33 1149 baxış Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan səyyar görüşlər davam etdirilir. Növbəti vətəndaş qəbulu Sumqayıtın 9-cu mikrorayonunda keçirilib və görüş bu […]

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1054 baxış Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha […]