--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1084 baxış

Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir

Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin mümkün dəstəyi ilə bağlı müzakirələrin aparıldığını bildirib.Qrono diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan hökumətinə, ölkəyə və xalqa sülhə doğru gedən prosesdə ən yaxşı şəkildə necə dəstək göstərilə biləcəyi müzakirə olunur.Onun sözlərinə görə, sülh prosesi tərəflərin rəhbərliyi ilə həyata keçirilir və Aİ bu yanaşmaya hörmət edir. Bununla yanaşı, qurum hər iki hökumətə və ölkəyə praktiki istiqamətlərdə dəstək göstərməyə hazırdır.Aİ nümayəndəsi xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu istiqamətdə görülən işlər insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün əlverişli şəraitin yaradılmasına kömək edir.Qrono həmçinin münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı bir sıra məsələlərin həllini gözlədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəni və tarixi irsin qorunması da davamlı sülhün təmin edilməsində mühüm amillərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Next Article

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yaşar Güler Şuşada “Birliyin Gücü-2026” təlimlərini izləyib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 15:45 1102 baxış Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanda keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib. Elpress.az xəbər verir ki, […]

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:31 1138 baxış İlham Əliyev “John Deere” şirkəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” […]

YAP-ın VIII Qurultayı keçirilir – 960 nümayəndə iştirak edir

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:28 1094 baxış Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu gün Bakıda keçirilir. Siyasi təşkilatın növbəti qurultayı Heydər Əliyev Mərkəzində təşkil olunub. Elpress.az xəbər verir ki, qurultay saat 10:00-da başlayıb […]

Deputatdan məktəbli forması müzakirələri ilə bağlı Türkiyəyə mesaj

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 17:14 1082 baxış Azərbaycan və Türkiyə arasında məktəbli geyimi ilə bağlı müzakirələr fonunda deputat iki ölkənin strateji münasibətlərinin ayrı-ayrı şəxslərin açıqlamalarından təsirlənməməli olduğunu bildirib. Elpress.az xəbər verir ki, bu […]