--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:45 1094 baxış

Bakının və Minskın strateji tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Elpress.az xəbər verir ki, Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Avqustun 28-də Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Belarusda səfərdə olub. Səfər çərçivəsində o, Belarusun xarici işlər naziri Maksim Rıjenkovla görüş keçirib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər nəzərdən keçirilib və əlaqələrin inkişafında dövlət başçılarının rolunun əhəmiyyəti vurğulanıb.Daha sonra Azərbaycan və Belarus XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Görüşlərə Azərbaycan tərəfindən Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.Məsləhətləşmələr zamanı iki ölkə arasındakı siyasi dialoqun müsbət inkişaf etdiyi qeyd olunub. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyəti və siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın genişləndirilməsindəki rolu diqqətə çatdırılıb.Tərəflər əvvəl əldə edilmiş razılaşmaların icra vəziyyətini, eləcə də ticarət-iqtisadi əlaqələr, energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın mövcud durumunu və gələcək imkanlarını müzakirə ediblər.Görüşdə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilib. Bundan başqa, tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional mövzular üzrə fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Polşa səfiri XİN-ə çağırılıb

Next Article

Rusiya Macarıstana neft və qaz ixracını dayandıra bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Deputatdan məktəbli forması müzakirələri ilə bağlı Türkiyəyə mesaj

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 17:14 1058 baxış Azərbaycan və Türkiyə arasında məktəbli geyimi ilə bağlı müzakirələr fonunda deputat iki ölkənin strateji münasibətlərinin ayrı-ayrı şəxslərin açıqlamalarından təsirlənməməli olduğunu bildirib. Elpress.az xəbər verir ki, bu […]

Bayramov: Mürəkkəb mərhələ geridə qaldı

Aysel Əlibəyli 17 İyul 2026 · 15:57 1076 baxış Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri tam şəkildə normallaşdırmağa nail olub Elpress.az xəbər verir ki , Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan […]

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 16:37 1040 baxış Valeh Ələsgərov 80 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Valeh Feyruz oğlu Ələsgərov Azərbaycan […]