--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Əraqçi: Bu məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil

Aysel Əlibəyli 03 İyun 2026 · 21:31 1206 baxış

İranın xarici işlər naziri ABŞ-nin regiondakı fəaliyyəti və son hadisələrlə bağlı Tehranın mövqeyini açıqlayıb.

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyid Abbas Əraqçi ABŞ dövlət katibi Marko Rubionun Birləşmiş Ərəb Əmirlikləri və Küveytin Vaşinqtonla əməkdaşlığı barədə açıqlamalarından sonra sosial şəbəkədə paylaşım edib.İranın xarici işlər naziri ölkəsinin Silahlı Qüvvələrinin ABŞ tərəfindən istifadə olunan bəzi obyektləri hədəf aldığını təsdiqləyib.Əraqçi “X” platformasında Rubionun çıxışından bir videonu paylaşaraq bildirib ki, İran Silahlı Qüvvələri ABŞ-nin mülki dəniz daşımalarına qarşı hücumlar həyata keçirmək və atəşkəsi pozmaq məqsədilə istifadə edildiyi iddia olunan məkanları qanuni müdafiə çərçivəsində hədəfə alıb.Nazir vurğulayıb ki, İrana qarşı atılan hər hansı düşmən addımına operativ və qəti cavab veriləcək.O əlavə edib ki, sanksiyalar və əvvəlki hərbi addımların nail ola bilmədiyi məqsədlərə daha genişmiqyaslı müharibə yolu ilə çatmaq mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rubiodan Ukrayna ilə bağlı mühüm açıqlama

Next Article

İran liderindən diqqətçəkən açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:17 1168 baxış Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlim üzrə yekun konfrans keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Eternity-2026” […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1184 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]

İlham Əliyev Qırğızıstana səfərə gedib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:42 1106 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasında dövlət səfərindədir Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə yollanıb.Dövlət başçısının olduğu […]

Azərbaycan XİN-dən Fransa nazirinin ittihamlarına cavab

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 14:33 1138 baxış Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun ölkəmizlə bağlı səsləndirdiyi fikirləri əsassız hesab edərək qınayıb. Elpress.az xəbər verir ki, XİN-in mətbuat […]