--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan Çin şirkəti ilə dəmir yolu və tramvay layihələrini müzakirə edib

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 14:58 1084 baxış

AZCON Holding ilə Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında nəqliyyat və şəhər mobilliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Elpress.az xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayev ölkəmizdə səfərdə olan şirkətin sədri Van Çiaolinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC ilə dörd elektrikli sərnişin qatarının tədarükünə dair müqavilənin imzalanması ikitərəfli əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirilib.

Tərəflər Azərbaycanın dəmir yolu şəbəkəsinin inkişafı, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, eləcə də tramvay və digər şəhər mobilliyi layihələrində mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Şahin Babayev AZCON Holding-in idarəetmə yanaşması, nəqliyyat sektorunda planlaşdırılan layihələr və Azərbaycanın regional nəqliyyat əlaqələrinin gücləndirilməsi üzrə prioritetləri barədə məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Fərman Qurbanlı ETSN-də yeni vəzifəyə təyin olunub

Next Article

Avropa Şurasının rəsmisi Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın müdafiə xərcləri 1,1 faiz artacaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:59 1090 baxış 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manata çatacaq Elpress.az xəbər verir ki, 2027-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816 […]

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Aysel Əlibəyli 09 İyun 2026 · 12:41 1184 baxış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər rayonunda yerləşən “Tərtər” bazarında yoxlama həyata keçirib Yoxlama Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus bazarda aparılıb. Elpress.az […]

Azərbaycanda avro bahalaşıb

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:55 1084 baxış Mərkəzi Bank avqustun 17-si üçün əsas valyutaların rəsmi məzənnələrini açıqlayıb Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı avqustun 17-si üçün xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini […]

Azərbaycanda çevik iş vaxtı modeli tətbiq oluna bilər

Aysel Əlibəyli 21 İyul 2026 · 14:38 1108 baxış 2026–2030-cu illər üzrə Tədbirlər Planında çevik iş rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində […]